​Azərbaycanlı hakim inspektor AVRO-2016-nın seçmə qrup matçına təyinat alıb

​Azərbaycanlı hakim inspektor AVRO-2016-nın seçmə qrup matçına təyinat alıb Asim Xudiyev Gürcüstana yollanacaq
Futbol
2 Sentyabr , 2015 10:38
​Azərbaycanlı hakim inspektor AVRO-2016-nın seçmə qrup matçına təyinat alıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ UEFA azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevə yeni təyinat verib. "Report"un məlumatına görə, A.Xudiyev AVRO-2016-nın seçmə qrup mərhələsinin Gürcüstan - Şotlandiya oyununda iş başında olacaq.

O, rumıniyalı Ovidiu Hateqanın başçılıq etdiyi hakimlər briqadasının işinə qiymət verəcək. Görüşə UEFA nümayəndəsi qismində isə Emil Ubyas (Çexiya) göndərilib.

Qeyd edək ki, qarşılaşma sentyabrın 4-də Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi