Yuxarı

UEFA Çempionlar Liqası ilə bağlı yeni qərar qəbul edib

Klublar topladıqları xallara görə dəyərləndiriləcək

Bakı. 26 avqust. REPORT.AZ/ UEFA Çempionlar Liqasında iştirak edən komandalarla bağlı yeni qərar qəbul edib. "Report"un məlumatına görə, reytinq siyahısının ilk 4 pilləsində qərarlaşan ölkələr 2018-ci ildən Avropanın ən nüfuzlu klub turnirində 4 komanda ilə təmsil olunacaq.

Üstəlik, həmin komandalar birbaşa qrup mərhələsinə vəsiqə qazanacaqlar. Tətbiq olunacaq yeni qaydalara əsasən, klublar öz topladıqları xallara görə dəyərləndiriləcək və ölkə reytinqi nəzərə alınmayacaq. Həmin bu xallara komandaların əvvəlki illərdə qazandığı kuboklar əlavə üstünlük verəcək.

Qeyd edək ki, hazırkı qaydalara əsasən, ilk 3 pillədə qərarlaşan ölkələrin 3 komandası birbaşa Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanır. 4-cü komanda isə təsnifar mərhələsi və ya "pley-off"da çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi