“Qarabağ” - “Roma” görüşü qonaqların üstünlüyü ilə başa çatıb - YENİLƏNİB-2 - VİDEO

“Qarabağ” - “Roma” görüşü qonaqların üstünlüyü ilə başa çatıb - YENİLƏNİB-2 - VİDEO Bakı Olimpiya Stadionunda keçirilən görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edib
Futbol
27 Sentyabr , 2017 21:49
“Qarabağ” - “Roma” görüşü qonaqların üstünlüyü ilə başa çatıb - YENİLƏNİB-2 - VİDEO

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Qarabağ” - “Roma” görüşü qonaqların üstünlüyü ilə başa çatıb.

"Report" xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ağdam komandasının yeganə qolunu Pedro Enrike vurub.

Qeyd edək ki, C qrupunda digər oyun Madriddə İspaniyanın "Atletiko" və İngiltərənin "Çelsi" kollektivləri arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Çempionlar Liqası, II tur
C qrupu
27 sentyabr

"Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya) - 1:2
Qollar: Pedro Enrike, 28 - Kostas Manolas, 7. Edin Ceko, 15
Baş hakim: Artur Dias
Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares
Əlavə köməkçi hakimlər: Tiaqo Martins, Joao Pinheyro
Dördüncü hakim: Bruno Rodriges (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı Olimpiya stadionu
Xal durumu: "Roma" - 4, "Çelsi" - 3, "Atletiko" - 1, "Qarabağ" - 0.


***20:49

Ağdamın “Qarabağ” komandası ilə İtaliyanın “Roma” klubu arasında görüşdə hesab matçın 7-ci dəqiqəsində açılıb. 

"Report"un məlumatına görə, “Roma” futbolçuları künc zərbəsindən sonra hesabı açıblar. Lorenzo Pelleqrininin ötürməsindən sonra “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin səhvindən istifadə edən Kostas Manolas topu başla qapıdan keçirib – 0:1.

“Roma” komandası matçın 15-ci dəqiqəsində isə hesab arasındakı fərqi artırıb. El Şaravinin ötürməsindən sonra Edin Dzeko topu sinəsi ilə saxlayaraq vurduğu dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.

Ancaq matçın 28-ci dəqiqəsində “Qarabağ” komandası hesab arasındakı fərqi azaldıb. Dino Ndlovu pressinq nəticəsində rəqib müdafiəçidən topu alaraq Pedro Enrikəyə ötürmə edib. Gözəl ötürmədən sonra qapıçı ilə təkbətək qalan Pedro Enrike dəqiq zərbə ilə “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunu qapıdan keçirib – 1:2.

Oyunun birinci hissəsində başqa qol qeydə alınmayıb və bununla da komandalar fasiləyə “Roma” klubunun 2:1 hesablı üstünlüyü ilə yollanıblar. 


*** 20:07

UEFA Çempionlar Liqasının “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası qrup mərhələsinin ikinci turunda İtaliyanın “Roma” klubu ilə qarşılaşır.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edir. Ona həmyerliləri Rui Tavares və Paulo Soares kömək edirlər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirir. Matçın hakim-inspektoru israilli Haim Yakov, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdur.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” səfərdə “Çelsi” ilə qarşılaşıb. Həmin görüş 0:6 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatıb. “Roma” isə doğma meydanda “Atletiko Madrid” ilə heç-heçə edib – 0:0. 

Son xəbərlər

Orphus sistemi