​UEFA "Beşiktaş" və "Lokomotiv" klublarını cəzalandıracaq

​UEFA "Beşiktaş" və "Lokomotiv" klublarını cəzalandıracaq Buna səbəb qonaq komandanın azarkeşləri və meydan sahibi klubun təşkilatçılığıdır
Futbol
6 Noyabr , 2015 18:04
​UEFA Beşiktaş və Lokomotiv klublarını cəzalandıracaq

Bakı. 6 noyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsinin "Beşiktaş" və Rusiyanın "Lokomotiv" klubları arasında Türkiyədə keçirilmiş oyunda baş verənlərə görə hər iki klubu cəzlandıracaq. "Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb qonaq komandanın azarkeşləri və meydan sahibi klubun təşkilatçılığıdır.

Qurumun İntizam Komitəsinin bu gün açıqladığı qərara əsasən, İstanbul klubu təhlükəsizlik, təşkilatçılıq və UEFA-nın intizam qaydalarının pozulması, "Lokomotiv" isə azarkeşlərin düzgün təlimatlandırılmaması və nəzarətsizliyinə görə cəzaya məruz qala bilər.

Tərəflərin işinə komitənin noyabrın 19-da keçirəcəyi iclasda baxılacaq.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatmış oyunda qonaq azarkeşlər meydana girməyə çalışıb. Yerli polislər hadisəyə müdaxilə ediblər. Nəticədə tərəflər arasında insident yaşanıb.

Son xəbərlər

Orphus sistemi