Yuxarı

UEFA Bakıda vurulmuş ən erkən qolun dəqiq vaxtını açıqlayıb

Əvvəlki rekord Sevilyanın futbolçusu Vitoloya məxsus idi

Bakı. 16 sentyabr. REPORT.AZ/ UEFA "Qarabağ"la Çexiya "Slovan"ı arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin ilk tur matçındakı erkən qolun dəqiq vaxtını qeydə alıb.

"Report"un məlumatına görə, Avropa futbol qurumu qonaq komandanın futbolçusu Yan Sikoranın endirdiyi zərbəsinin 10.69-cu saniyədə tora daxil olduğunu açıqlayıb.

Bu, Avroliqada ən erkən qol olub. Əvvəlki rekord 2015-ci il martın 12-də "Vilyarreal"la görüşdə fərqlənmiş "Sevilya"nın futbolçusu Vitoloya məxsus idi.

Avropa Liqasının ən erkən qolları:

10.69 Yan Sikora ("Qarabağ" - "Slovan" - 2:2) 15/09/2016

13.21 Vitolo ("Vilyarreal" - "Sevilya" - 1:3) 12/03/2015

15.19 İsmael Blanko (AEK - BATE - 2:2) 05/11/2009

16.88 Keyta Balde ("Ludoqorets" - "Latsio" - 3:3) 27/02/2014

18.18 Xuan Mata ("Valensiya" - "Brügge" - 3:0) 25/02/2010

19.19 Serxio Aquero ("Mançester Siti" - "Porto" - 4:0) 22/02/2012

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi