​UEFA azərbaycanlı hakim-inspektora yeni təyinat verib

​UEFA azərbaycanlı hakim-inspektora yeni təyinat verib Murad Məmmədov UEFA kubokunun ilkin seçmə mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək
Futbol
12 Avqust , 2015 13:34
​UEFA azərbaycanlı hakim-inspektora yeni təyinat verib

Bakı. 12 avqust. REPORT.AZ/ Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, o, futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Bu qrupda "Göteborq" (İsveç), "MNK Centar Carajevo" (Bosniya və Herseqovina) və "Mobulu Futsal UNI Bern" (İsveçrə) komandaları mübarizə aparacaq.

Oyunlar avqustun 27-də, 28-də və 29-da İsveçrədə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi