Yuxarı

UEFA Azərbaycana 1 milyon avro əlavə vəsait ayıracaq

UEFA Azərbaycana 1 milyon avro əlavə vəsait ayıracaq
Bu barədə qurumun prezidenti açıqlama verib
© AA

Bakı. 5 aprel. REPORT.AZ/ UEFA ona üzv olan bütün milli assosiasiyaların hər birinə 1 milyon avro əlavə vəsait ayıracaq. "Report"un məlumatına görə, bu barədə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Konqresdə UEFA-nın prezidenti Aleksandr Çeferin açıqlama verib.

"Biz hər bir assosiasiyaya cari tsikl üçün əlavə olaraq, 1 milyon avro ayırmağı qərara aldıq. Belə ödənişlər UEFA-nın yaxşı maliyyə nəticələri və uğurlu turnirlər sayəsində mümkün oldu" deyə sloveniyalı funksioner bildirib.

Qeyd edək ki, UEFA-nın tərkibinə 55 milli assosiasiya, o cümlədən AFFA daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi