UEFA Azərbaycan millisinin rəqibinə ev oyununu Kosovoda keçirmək üçün icazə verib

UEFA Azərbaycan millisinin rəqibinə ev oyununu Kosovoda keçirmək üçün icazə verib Farer adaları yığması ilə görüşün stadionu açıqlanıb
Futbol
21 Avqust , 2018 09:46
UEFA Azərbaycan millisinin rəqibinə ev oyununu Kosovoda keçirmək üçün icazə verib
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan yığması ilə eyni qrupda yer alan Kosovoya Farer adalarını öz meydanında qəbul etməyə icazə verib.

"Report"un məlumatına görə, Avropa futbol qurumunun yeni üzvü III qrupdakı ilk ev oyununu paytaxt Priştinada keçirəcək. Sentyabrın 10-da Fadil Vokkri stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Oktyabrın 11-də Malta, noyabrın 20-də isə Azərbaycanla nəzərdə tutulan görüşlərin stadionları isə hələlik rəsmən açıqlanmayıb.

Qeyd edək ki, Kosovo millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərini Albaniyanın Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda qəbul edib. Kosovo Futbol Federasiyasının mərhum prezidenti Fadil Vokkrinin adını daşıyan stadion 1953-cü ildə tikilib və 13500 tamaşaçı tutumuna malikdir. Burada yerli "Priştina" klubu ev oyunlarını keçirib. 

Son xəbərlər

Orphus sistemi