UEFA Azərbaycan millisinə namizəd futbolçunu rəmzi yığmaya daxil edib

UEFA Azərbaycan millisinə namizəd futbolçunu rəmzi yığmaya daxil edib Ayaz Quliyev Rusiya Premyer Liqasında parlaq çıxışı ilə diqqət çəkən gənc futbolçulardan biridir
Futbol
9 Yanvar , 2018 17:14
UEFA Azərbaycan millisinə namizəd futbolçunu rəmzi yığmaya daxil edib

Bakı. 9 yanvar. REPORT.AZ/ UEFA 2017-ci ildə Rusiya Premyer Liqasında parlaq çıxışları ilə diqqət çəkən gənc futbolçuların simvolik yığmasını açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, “11-lik”də Azərbaycan milli komandasının formasını geyinməyə namizəd olan Ayaz Quliyev də var. Müqavilə ilə Moskva “Spartak”ına məxsus 21 yaşlı yarımmüdafiəçi ötən il icarə əsasında “Anji”də çıxış edib.

O, Mahaçqala təmsilçisinin heyətində 22 matçda iştirak edib və 1 qol vurub.

Qeyd edək ki, artıq “Anji”dən ayrılan gənc futbolçunun qış fasiləsində “Rostov”a icarəyə veriləcəyi bildirlir.

Son xəbərlər

Orphus sistemi