UEFA azarkeşlərə görə Xorvatiya və Kosovonu cəzalandıra bilər

UEFA azarkeşlərə görə Xorvatiya və Kosovonu cəzalandıra bilər Buna oyun zamanı anti-serb şüarlarının səsləndirilməsi səbəb ola bilər
Futbol
10 Oktyabr , 2016 04:43
UEFA azarkeşlərə görə Xorvatiya və Kosovonu cəzalandıra bilər

Bakı. 10 oktyabr. REPORT.AZ/ Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) azarkeşlərin davranışlarına görə Xorvatiya və Kosovonun analoji qurumlarını cəzalandıra bilər.

"Report" xəbər verir ki, buna Kosovo və Xorvatiya yığmaları arasında baş tutan 2018-ci il dünya çempionatının seçmə oyunu zamanı azarkeşlər tərəfindən anti-serb şüarlarının səsləndirilməsi səbəb ola bilər.

Kosovo – Xorvatiya oyunu oktyabrın 6-da keçirilib və 0:6 hesabı ilə başa çatıb. Üç turdan sonra xorvatlar 7 xal ilə birinci, Kosovo isə 1 xal ilə qrupda sonuncu yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi