Yuxarı

UEFA Avropa Liqasının final oyununa biletlər üçün ödəmə mərhələsinə start verilib

Final oyununa biletlər üçün ödəmə mərhələsinə start verilib

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər üçün ödəmə mərhələsinə start verilib.

“Report” xəbər verir ki, final matçının bileti üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçdiyindən UEFA bilet satışını lotereya sistemi vasitəsilə həyata keçirib.

Müraciətləri uğurla tamamlananlara UEFA tərəfindən elektron məktub göndərilib. Şanslı müraciətçilər martın 28-dən aprelin 9-dək ödəniş etməklə lotereyada adlarına çıxan bileti əldə edə bilərlər. Göstərilən tarixlərdə ödəniş edilmədikdə, yerdə qalan biletlər yenidən satışa buraxılacaq.

Mayın 21-dən isə bilet alıcının mobil telefonuna göndəriləcək. Bunun üçün mobil telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdır. Alıcı eyni zamanda digər şəxslər üçün əldə etdiyi biletləri onların mobil telefonuna göndərə bilər. Bu şəxslər də öz növbələrində UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdırlar.

Oyun günü stadiona giriş zamanı mobil bileti aktivləşdirmək lazımdır. Bunun üçün mobil telefon IOS və ya Android sistemini dəstəkləməlidir. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

Xatırladaq ki, final qarşılaşması üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi ümumi satışa buraxılıb. Yerdə qalan biletlər isə yerli təşkilat komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.

Ödəmə prosesi və digər məsələlərlə bağlı əlavə sualları olanlar https://support.tickets-uelfinal.uefa.com/hc/az/requests/new linkinə daxil olaraq UEFA-nın müştəri xidmətlərinə Azərbaycan dilində yazıb müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi