Yuxarı

UEFA Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb

​UEFA Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb

UEFA Avropa Liqasında həftənin rəmzi komandasını açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən tərtib edilən “11-lik”də “Valensiya” (İspaniya) 4, “Ayntraxt” (Almaniya) 3, “Çelsi” (İngiltərə) və “Slaviya” (Çexiya) hərəyə 2 futbolçu ilə təmsil olunur. 

Qapıçı: Norberto Murara Neto (“Valensiya”)

Müdafiəçilər: Danni da Kosta (“Ayntraxt”), Muktar Diakabi, Antonio Latorre (hər ikisi “Valensiya”)

Yarımmüdafiəçilər: Makoto Hasebe, Filip Kostiç (hər ikisi “Ayntraxt”), Tomaş Suçek, Petr Şevçik (hər iksi “Slaviya”), Daniel Parexo (“Valensiya”)

Hücumçular: Pedro Rodriges, Olivye Jiru (“Çelsi”)

Qeyd edək ki, Avropa Liqasının yarımfinalında “Arsenal” – “Valensiya” və “Ayntraxt” – “Çelsi” duelləri olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi