UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmağı planlaşdırır

UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmağı planlaşdırır UEFA Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını avqust ayında keçirtmək niyyətindədir.
Futbol
30 Mart , 2020 01:28
UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmağı planlaşdırır

UEFA Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını avqust ayında keçirtmək niyyətindədir.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Sunday Times” məlumat yayıb.

Qəzetin yazdığına görə, UEFA maliyyə səbəbləri ilə mövsümü vaxtından əvvəl bitirmək niyyətində deyil. Belə ki, UEFA təkcə İngiltərədəki televiziya hüquqlarının satışından əldə ediləcək 840 milyon avrodan məhrum ola bilər.

Qeyd olunur ki, mövsümü avqust ayında yekunlaşdırmaq UEFA-nı gələn mövsümdəki oyunların sayını azaltmağa məcbur edəcək.

Hazırda Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxta təxirə salınıb. Çempionlar Liqasının finalı mayın 30-da İstanbulda (“Atatürk” Olimpiya Stadionu), Avropa Liqasının finalı isə mayın 27-də Polşanın Qdansk şəhərində keçirilməli idi.

Son xəbərlər

Orphus sistemi