UEFA AFFA-nın qadın əməkdaşına ilk dəfə təyinat verib

UEFA AFFA-nın qadın əməkdaşına ilk dəfə təyinat verib K.Mehtiyeva Qazaxıstan - Norveç oyununun UEFA nümayəndəsi olacaq
Futbol
15 Sentyabr , 2015 12:25
UEFA AFFA-nın qadın əməkdaşına ilk dəfə təyinat verib

Bakı. 15 sentyabr. REPORT.AZ/ AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb. "Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, o, K.Mehtiyeva Qazaxıstanın Astana şəhərinə yollanacaq.

O, qadınlar arasında 2017-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan - Norveç oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma sentyabrın 22-də baş tutacaq.

Qeyd edək ki, bu, təkcə Könül Mehtiyevanın yox, həm də Azərbaycan futbolu tarixində qadın əməkdaşın beynəlxaq oyuna ilk təyinatıdır.

Son xəbərlər

Orphus sistemi