"Uduzmağımıza baxmayaraq futbolçularımdan razıyam" - "Zirə"nin baş məşqçisi

"Uduzmağımıza baxmayaraq futbolçularımdan razıyam" - "Zirə"nin baş məşqçisi Uduzmağımıza baxmayaraq yaxşı oyun keçdi. Futbolçularımdan razıyam. Təəssüf ki, məğlub olduq. Rəqib də meydana heç-heçə üçün çıxmışdı. Bu gedişatdan da bəlli idi. Komandamız son vaxtlar yaxşı oyun sərgiləyir. Ümid edirəm ki, nəyəsə nail olacağıq.
Futbol
30 Mart , 2019 19:26
Uduzmağımıza baxmayaraq futbolçularımdan razıyam - Zirənin baş məşqçisi

"Uduzmağımıza baxmayaraq yaxşı oyun keçdi. Futbolçularımdan razıyam. Təəssüf ki, məğlub olduq. Rəqib də meydana heç-heçə üçün çıxmışdı. Bu gedişatdan da bəlli idi. Komandamız son vaxtlar yaxşı oyun sərgiləyir. Ümid edirəm ki, nəyəsə nail olacağıq".

"Report" xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Samir Abbasov Premyer Liqanın XXII turunda evdə "Səbail"ə uduzduqları (1:2) matçdan sonra keçirilən mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis həmçinin oyundan sonra baş verən insident haqqında da danışıb: "Nələr olduğunu özüm də başa düşmədim. Futbolçular arasında münaqişə yaşandı. Sakitləşdirdim. Rəqibin qələbəni qeyd etməsi bizə acıq olmadı. Bu hadisə önəmli deyil".

Abbasov oyunun hakimləri barədə də fikirlərini söyləyib: "Vaxtın çox uzanmasına görə narahat idim. Rəqibin heyətində Şəhriyar Rəhimov futbolçumuza qarşı sərt oynadı və buna narazılığımı bildirdim. Matçın vaxtının uzanması yersiz idi.Üçüncü yer uğrunda hələ də şanslarımız qalıb. Hər bir oyunda qələbə qazanmaq bizə əlavə motivasiya verəcək".

Son xəbərlər

Orphus sistemi