Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi bəlli olub

Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi bəlli olub Bakı. 30 may. REPORT.AZ/ Türkiyənin Sivasspor klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbol
30 May , 2018 19:27
Türkiyənin Sivasspor klubunun yeni baş məşqçisi bəlli olub

Bakı. 30 may. REPORT.AZ/ Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, komanda Tamer Tunaya tapşırılıb. 

42 yaşlı mütəxəssislə birillik müqavilə imzalanıb. 

Qeyd edək ki, Tamer Tuna başa çatan mövsümdə "Göztəpə" klubunda işləyib. O, 2014-2015 mövsümündə "Sivasspor"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi