"Qalatasaray"ın futbolçusu Fransa klubuna keçir

"Qalatasaray"ın futbolçusu Fransa klubuna keçir Türkiyənin Qalatasaray klubunun futbolçusu Stiven N Zonzi karyerasını Fransa çempionatında davam etdirə bilər.
Futbol
30 Yanvar , 2020 17:06
Qalatasarayın futbolçusu Fransa klubuna keçir

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Stiven N Zonzi karyerasını Fransa çempionatında davam etdirə bilər.

"Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, müqavilə ilə İtaliya "Roma"sına məxsus fransalı yarımmüdafiəçi "Renn"ə keçməyə yaxındır.

Fransa təmsilçisi 32 yaşlı yarımmüdafiəçini icarəyə götürməyi planlaşdırır. Cari mövsüm "Qalatasaray"da çıxış etmiş N Zonzi keçirdiyi 10 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb. İstanbul klubu sonradan onu birdəfəlik almaq şərti ilə 1+1 sxemi üzrə "Roma"dan icarəyə götürüb.

Qeyd edək ki, peşəkar karyerasına "Amyen"də başlayan Fransa millisinin üzvü daha sonra İngiltərənin "Bləkbörn" və "Stok Siti", İspaniyanın "Sevilya" komandalarında oynayıb. 

Son xəbərlər

Orphus sistemi