Türkiyənin Gənclər və İdman naziri Muharrem Kasapoğlu bu il İstanbulda keçirilməsi planlaşdırılan Çempionlar Liqasının final oyununun başqa şəhərdə təşkil olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Report"un məlumatına görə, o, "TRT Spor" kanalının "Instagram" səhifəsindəki canlı yayımda UEFA-nın həlledici matçın yerini dəyişməyəcəyinə inandığını söyləyib.
Nazir sözügedən məsələnin diqqət mərkəzində olduğunu vurğulayıb: "Bu, olduqca vacib mövzudur. Görüş mayda keçirilməli idi. Cari mövsümün əvvəlində UEFA Super Kubokunun oyununa yüksək səviyyədə ev sahibliyi etdik. Final qarşılaşmasını da bu cür keçirəcəyimizə şübhəm yoxdur. İyunun 17-də gözəl xəbər alacağımıza inanıram".
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin 17 iyun tarixindəki iclasında avrokuboklarla bağlı qərar qəbul olunacaq.