Siqaret çəkən futbolçular Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb

Siqaret çəkən futbolçular Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətindən iki futbolçu kənarlaşdırılıb.
Futbol
20 Yanvar , 2020 14:08
Siqaret çəkən futbolçular Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətindən iki futbolçu kənarlaşdırılıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar "Neftçi"dən Elnur Hüseynov və "Zaqatala" klubundan Vüsal Şabanovdur. 

Hər iki qolkiper nizam-intizam qaydalarını pozduqları, daha dəqiqi, siqaret çəkdikləri üçün komandanın heyətindən kənarlaşdırılıblar.

Qeyd edək ki, hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

Son xəbərlər

Orphus sistemi