Türkiyənin 4 futbolçusu millinin düşərgəsini tərk edib

Türkiyənin 4 futbolçusu millinin düşərgəsini tərk edib Onlar Moldovaya qarşı oynamayacaqlar
Futbol
25 Mart , 2017 16:30
Türkiyənin 4 futbolçusu millinin düşərgəsini tərk edib

Bakı. 25 mart. REPORT.AZ/ Moldova ilə yoldaşlıq görüşünə hazırlaşan Türkiyə milli komandasının düşərgəsini 4 futbolçu tərk edib.

"Report"un məlumatına görə, Volkan Şen, Volkan Babacan və Ömer Toprak baş məşqçi Fatih Terimin icazəsi ilə komandadan ayrılıblar. Gökhan Gönülün isə Finlandiya ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçında aldığı zədənin ciddi olduğu müəyyənləşib. Ona müalicəsini klubunda davam etdirməsi məsləhət görülüb.

Qeyd edək ki, martın 27-də Eskişehirdə keçiriləcək Türkiyə - Moldova matçı Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.  

Son xəbərlər

Orphus sistemi