​Türkiyəli sabiq baş məşqçinin ayağı amputasiya edilib

​Türkiyəli sabiq baş məşqçinin ayağı amputasiya edilib Yalçın Kaldıran futbol sahəsində iş tapmadığından polad borular istehsal edən fabrikdə çalışıb
Futbol
29 Dekabr , 2014 18:07
​Türkiyəli sabiq baş məşqçinin ayağı amputasiya edilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyənin "Kocaelispor" klubunun sabiq baş məşqçisi Yalçın Kaldıran bir ayağını itirib. "Report"un "Posta"ya istinadən verdiyi məlumata görə, Kaldıranın sağ ayağı diz nahiyəsi üzərindən amputasiya edilib.

1990-cı illərdə "Kocaelispor"un çempionluğa oynadığı heyətində yer alan, daha sonra baş məşqçi kimi fəaliyyət göstərən Y.Kaldıran futbol sahəsində iş tapmadığından polad borular istehsal edən fabrikdə çalışıb. O, iş zamanı bədbəxt hadisə nəticəsində hündürlükdən polad boruların üzərinə yıxılıb. Nəticədə ağır xəsarət alan Kaldıran xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Müayinədən sonra həkimlər onun sağ ayağının kəsilməsinə qərar verib.

Qeyd edək ki, Yalçın Kaldıranın bu gün reanimasiya şöbəsindən palataya köçürüləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi