Türkiyəli hakimlər briqadası Çempionlar Liqasının yarımfinal oyununa təyinat alıb

Türkiyəli hakimlər briqadası Çempionlar Liqasının yarımfinal oyununa təyinat alıb Cüneyt Çakır Madrid derbisini idarə edəcək
Futbol
8 May , 2017 15:50
Türkiyəli hakimlər briqadası Çempionlar Liqasının yarımfinal oyununa təyinat alıb

Bakı. 8 may. REPORT.AZ/ Türkiyəli referi Cüneyt Çakır futbol üzrə Çempionlar Liqasında İspaniyanın "Atletiko" və "Real Madrid" komandaları arasında keçiriləcək yarımfinal mərhələsinin cavab görüşünə təyinat alıb.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 41 yaşlı referiyə həmyerliləri yardımçı olacaq. Bahattin Duran və Tarık Ongün yan xətt, Barış Şimşek və Ali Palabıyık əlavə köməkçi hakim, Mustafa Eyisoy dördüncü hakim funksiyasını yerinə yetirəcək. Matç mayın 10-da "Visente Kalderon" stadionunda keçiriləcək.

Qeyd edək ki, ilk oyunda "Real Madrid" 3:0 hesabı ilə qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi