Yuxarı

Türkiyəli futbolçu qırmızı vərəqə göstərdiyi hakimdən üzr istəyib

Futbolçu bu addımın doğru olmadığını söyləyib

Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun "Antalyaspor"a icarəyə göndərdiyi Salih Dursun "Trabzonspor"da çıxış edərkən qırmızı vərəqə göstərdiyi baş hakim Dəniz Atəş Bitneldən üzr istəyib. 

"Report"un məlumatına görə, futbolçu bu addımın doğru olmadığını söyləyib.

O, etdiyi hərəkətin düşünülmüş şəkildə olmadığını bildirib: "Bu addımın sonunu düşünmədim. Ateş Bitneldən ona yaşatdığım sıxıntılardan dolayı üzr istəyirəm".

Qeyd edək ki, ötən mövsümün 21-ci turunda "Türk Telekom Arena"da "Qalatasaray"a qarşı keçirilən matçda mübahisə zamanı Salih Dursun hakimin əlindən qırmızı vərəqəni alaraq onun özünə göstərib. Futbolçunun bu addımından sonra Trabzonda bir küçəyə onun adı verilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi