Türkiyəli futbolçu avtomobil qəzasında dünyasını dəyişib

Türkiyəli futbolçu avtomobil qəzasında dünyasını dəyişib Qəza toydan qayıdarkən baş verib
Futbol
21 Dekabr , 2016 10:40
Türkiyəli futbolçu avtomobil qəzasında dünyasını dəyişib

Bakı. 21 dekabr. REPORT.AZ/ Türkiyənin "Amedspor" klubunun futbolçusu Şehmus Özer avtomobil qəzası nəticəsində dünyasını dəyişib. "Report"un məlumatına görə, 36 yaşlı futbolçu sükan arxasında olarkən, idarəetməni itirərək dərəyə yuvarlanıb.

Hadisə futbolçunun Malatyada qatıldığı toydan Mardinə qayıdarkən baş verib.

Qeyd edək ki, 2014-cü ildən "Amedspor" forması geyinən Şehmus Özer karyerası ərzində "Malatyaspor", "Kayserispor", "Gümüşhanespor", "Mardinspor", "Karşıyaka", "Altay", "Mersin İdmanyurdu", "Akhisar" və "Şanlıurfaspor" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi