Yuxarı

Türkiyədə​ karyerasını başa vuran futbolçular oyun idarə edə biləcəklər

Qərar 34 yaşında karyerasını bitirən futbolçulara aiddir

Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyədə futbol hakimliyi ilə bağlı yeni qaydaların tətbiq olunmasına başlanılıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu karyerasını 34 yaşında başa vuranlar Super Liqada oyun idarə edə biləcəklər.

Bunun üçün həmin futbolçunun fiziki hazırlığı müəyyən standartlara cavab verməlidir. Belə olan təqdirdə həmin futbolçu 3 il ərzində Super Liqa hakimi ola biləcək. 

Bundan başqa, Türkiyədə hakimlərin son yaş həddi 47 yaş müəyyənləşdirilib.

Qeyd edək ki, futbolçuların hakim olması ilə bağlı qərar ən azı iki mövsüm peşəkar futbolla məşğul olan oyunçulara şamil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi