​Türkiyədə Kamran Ağayevə görə jurnalist ziyana düşüb

​Türkiyədə Kamran Ağayevə görə jurnalist ziyana düşüb Azərbaycanlı qapıçı kompüteri əzən azarkeşə əlcəklərini bağışlayıb
Futbol
12 Fevral , 2015 15:20
​Türkiyədə Kamran Ağayevə görə jurnalist ziyana düşüb

Bakı. 12 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin formasını geyindiyi "Kayserspor"un Türkiyə Kubokunda "Beşiktaş"la keçirdiyi 1/8 final matçından sonra qeyri-adi olay yaşanıb. "Report"un məlumatına görə, matçın final fiti səsləndirilən kimi azarkeşlərdən biri Ağayevə tərəf qaçıb.

Bu zaman həmin fanat bir jurnalistin kompüterini əzib. Onun qarşısını mühafizəçilər almağa çalışdığı vaxt 29 yaşlı qapıçı əvvəlcə nə baş verdiyini anlamayıb. Lakin tezliklə Ağayev azarkeşin onu təbrik etməyə gəldiyini bilib. Təcrübəli qolkiper gənc tərəfdarı öpərək, ona əlcəklərini hədiyyə edib. 

Qeyd edək ki, "Kayserispor" - "Beşiktaş" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sarı-qırmızılılar"ın start heyətində meydana daxil olan Kamran Ağayev 90 dəqiqə ərzində rəqib komandanın sevinməsinə imkan verməyib. Lakin o, görüşün sonlarında vaxtı uzatdığı üçün sarı vərəqə alıb. "Kayserispor" bu qələbə sayəsində 1/4 finala yüksəlib. 

Son xəbərlər

Orphus sistemi