Yuxarı
    Bağlamaq

    Türkiyə yığması İngiltərə ilə qarşılaşacaq

    Oyun mayın 22-də keçiriləcək

    Bakı. 5 mart. REPORT.AZ/ Futbol üzrə Türkiyə milli komandası İngiltərə yığması ilə yoldaşlıq görüşü keçirəcək. "Report"un Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransada keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyan görüş mayın 22-də baş tutacaq.

    "Etihad" stadionunda keçiriləcək matçın başlama saatı hələ dəqiqləşməyib. Bu günədək komandalar 10 dəfə üz-üzə gəlib və bu görüşlərin heç birində Türkiyə qələbə qazana bilməyib. Oyunların 8-i İngiltərənin qələbəsi ilə yekunlaşıb. İki görüşdə isə bərabərlik qeydə alınıb.

    Yoldaşlıq görüşü Super Liqa oyunlarına da təsir edə bilər. Çünki mayın 22-də ölkə çempionatında mövsümün son turunun oyunları keçiriləcək. Bu səbəbdən Fatih Terimin Mançesterə hansı heyətlə yollanacağı maraqla gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi