Türkiyə vitse-çempionu milli komandanın futbolçusunu transfer edib

Türkiyə vitse-çempionu milli komandanın futbolçusunu transfer edib Mevlüt Erdinç Avropa Liqasında "Qarabağ"a qarşı forma geyinib
Futbol
14 İyul , 2017 11:59
Türkiyə vitse-çempionu milli komandanın futbolçusunu transfer edib

Bakı. 14 iyul. REPORT.AZ/ Türkiyənin "Başakşehir" klubu milli komandanın futbolçusu Mevlüt Erdinci heyətinə qatıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı cinah yarımmüdafiəçisi ilə 3 illik müqavilə bağlanılıb.

Hazırda Mevlütün transfer hüququ Almaniya "Hannover"inə məxsusdur. O, ötən mövsümü icarə əsasında Fransa "Mets"ində keçirib. Erdinç "Sent-Etyen"in heyətində çıxış etdiyi vaxt Avropa Liqasının qrup mərhələsinin ilk tur qarşılaşmasında Bakıda "Qarabağ"a qarşı forma geyinib. O, 2008-ci ildən dəvət aldığı Türkiyə yığmasında 35 oyuna 8 qol vurub.

Qeyd edək ki, "Başakşehirspor" ötən Türkiyə Super Liqasını 2-ci pillədə başa vurub. 

Son xəbərlər

Orphus sistemi