Türkiyə Super Liqasının püşkü atılıb

Türkiyə Super Liqasının püşkü atılıb Bakı. 9 iyul. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında 2018-2019 mövsümünün püşkü atılıb.
Futbol
9 İyul , 2018 17:02
Türkiyə Super Liqasının püşkü atılıb
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında 2018-2019 mövsümünün püşkü atılıb. 

"Report"un məlumatına görə, avqustun 10-da start götürəcək çempionat 2019-cu il mayın 29-da başa çatacaq.

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin yer aldığı "Trabzonspor" klubu ilk turda səfərdə "Başakşehir"lə üz-üzə gələcək. 

Son çempion "Qalatasaray" səfərdə "Ankaragücü" ilə qarşılaşacaq. "Beşiktaş" və "Fənərbağça" isə ilk oyunlarını doğma meydanda keçirəcəklər. Onlar müvafiq olaraq "Akhisarspor" və "Bursaspor"u qəbul edəcəklər.  

Türkiyə Super Liqasında derbi tarixləri də açıqlanıb: 

IV tur: "Trabzonspor" - "Qalatasaray" 

VI tur: "Fənərbağça" - "Beşiktaş" 

XI tur: "Qalatasaray" - "Fənərbağça" 

XIII tur: "Trabzonspor" - "Fənərbağça" 

XIV tur: "Beşiktaş" - "Qalatasaray" 

XVI tur: "Beşiktaş" - "Trabzonspor" 

Son xəbərlər

Orphus sistemi