Türkiyə Super Liqasında mövsümün ilk derbisi keçiriləcək

Türkiyə Super Liqasında mövsümün ilk derbisi keçiriləcək "Beşiktaş"la "Qalatasaray" üz-üzə gələcək
Futbol
24 Sentyabr , 2016 15:59
Türkiyə Super Liqasında mövsümün ilk derbisi keçiriləcək

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Türkiyə Super Liqasında mövsümün ilk derbisi keçiriləcək. "Report"un məlumatına görə, İstanbuldakı "Vodafone Arena"da "Beşiktaş"la "Qalatasaray" üz-üzə gələcək. 

Bakı vaxtı ilə saat 21:00-da başlanacaq görüşə FİFA referisi Ali Payabıyıkın rəhbərlik etdiyi hakimlər briqadası təyinat alıb. 

Bu, iki komanda arasındakı 340-cı qarşılaşma olacaq. İlk dəfə 22 avqust 1924-cü ildə görüşən klubların 399 oyununun 120-də "Qalatasaray", 107-də "Beşiktaş" qalib gəlib. 112 görüşdə isə qalib müəyyənləşməyib. "Aslanlar" ümumilikdə rəqib qapısına 478 qol vurub, 445 top isə buraxıb. 

Ölkə çempionatında 116-cı dəfə qarşlaşacaq komandalarda üstünlük yenə "Qalatasaray"ın tərəfindədir. Bu matçların 43-də "sarı-qırmızılılar", 32-də "qara-qartallar" sevinib. 41 oyunda isə bərabərlik qeydə alınıb. Qol sayında da "Qalatasaray" rəqibini qabağlayıb.

Qeyd edək ki, "Beşiktaş"la "Qalatasaray" V tur çərçivəsində üz-üzə gələcək. Hazırda meydan sahibləri 12 xalla 2-ci, qonaqlar 10 xalla 3-cü pillədədir.

Son xəbərlər

Orphus sistemi