Yuxarı

Türkiyə Super Liqasında çıxış edən komandanın baş məşqçisi istefa verib

Türkiyə Super Liqasında çıxış edən komandanın baş məşqçisi istefa verib

Bakı. 26 fevral. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən “Alanyaspor” komandasının baş məşqçisi Hikmet Karaman istefa verib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, klub rəhbərliyi 58 yaşlı mütəxəssisin istefasını qəbul edib. Karaman postunu tərk etməsi ilə bağlı “Olmadı, bacarmadıq, ayrıldıq” söyləyib.

Alanya təmsilçisinin artıq Mesut Bakkalla danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, Hikmət Karaman qış fasiləsində “Alanyaspor”un baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında çıxdığı 6 matçdan 5-də uduzub, 1-də heç-heçə edib və 21 xalla 15-ci pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi