Yuxarı

Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu "Trabzonspor"a keçib

Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu "Trabzonspor"a keçib
Onunla axşam saatlarında rəsmi sözləşmə imzalanacağı bildirilir

Bakı. 7 sentyabr. REPORT.AZ/ Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu Volkan Şenin yeni komandası müəyyənləşib.

“Report” “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin müqaviləsinə xitam verdiyi 30 yaşlı cinah yarımmüdafiəçisi “Trabzonspor”la anlaşıb. Onunla axşam saatlarında rəsmi sözləşmə imzalanacağı bildirilir.

Türkiyədə “transfer pəncərəsi” sentyabrın 8-də bağlanacaq.

Qeyd edək ki, Volkan Şen 2011 - 2014-cü illərdə də “Trabzonspor”da çıxış edib. Ötən mövsüm “Fənərbağça”nın heyətində 33 oyuna çıxan yarımmüdafiəçi 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Türkiyə yığmasının heyətində 26 matçda iştirak edib və 2 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi