Bakı. 6 oktyabr. REPORT.AZ/ Türkiyə millisinin sabiq futbolçusu Önder Turacı bıçaqlanıb.
"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, 35 yaşlı müdafiəçi keçmiş həyat yoldaşının qardaşı tərəfindən hücuma məruz qalıb. Hadisənin keçmiş həyat yoldaşından olan uşağı ilə əlaqədar yaranan problem səbəbindən baş verdiyi bildirilib. Turacı uşaqlarla görüşmək üçün qarşı tərəflə söhbət edib. Daha sonra tərəflər arasında mübahisə yaşanıb və futbolçu sinə və çiyin nahiyəsindən bıçaqlanıb. Hazırda onun vəziyyəti ağırdır.
Qeyd edək ki, Öndər Turacı hazırda Belçika 3-cü liqasında çıxış edən "Sportinq" (Hasselt) klubunun formasını geyinir.