​Türkiyə millisinin forma satışında tarixi rekord qeydə alınıb

​Türkiyə millisinin forma satışında tarixi rekord qeydə alınıb 400 min forma və futbolkanın satıldığı bildirilir
Futbol
10 İyun , 2016 13:33
​Türkiyə millisinin forma satışında tarixi rekord qeydə alınıb

Bakı. 10 iyun. REPORT.AZ/ Bu gün Fransada start götürəcək futbol üzrə Avropa çempionatının iştirakçılardan olan Türkiyə millisinin forma satışında tarixi rekord qeydə alınıb. "Report"un "Milliyet"ə istinadən verdiyi məlumata görə, bugünədək 400 min forma və futbolka satılıb.

Türkiyə Futbol Federasiyası formalara tələbatın ciddi şəkildə artdığını bildirib. Açıqlamada 200 min forma, 200 min isə futbolkanın satıldığı qeyd olunub. Qiymətlər 32-48 dollar arasında dəyişir.

Qeyd edək ki, Türkiyə yığması AVRO-2016-da qırmızı və mavi formalarla çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi