Yuxarı
    Bağlamaq

    Türkiyə Mərkəzi Hakimlər Komitəsinin yeni sədri məlum olub

    MHK-nın sabiq sədri və komandası FETÖ-nun dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində istefaya gedib

    Bakı. 3 avqust. REPORT.AZ/ Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin yeni sədrinin və üzvlərinin adları açıqlanıb. 

    "Report" "Hurriyet"ə istinadən xəbər verir ki, MHK-ya bundan sonra Yusuf Namoğlu rəhbərlik edəcək. 

    Məlumata görə, qurumun İdarə Heyətində isə Metin Tokat, Erol Ersoy, Alican Lakot, İlhami Kaplan, Serdar Tatlı, Kadir Tozlu, İbrahim Aksoy və Bedri Dölkeleş yer alacaq. 

    Qeyd edək ki, MHK-nın sabiq sədri Kuddusi Müftüoğlu və komandası Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində istefaya gedib. Ötən gün Türkiyə Futbol Federasiyası isə FETÖ ilə bağlı 104 nəfəri işdən azad edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi