Yuxarı
    Bağlamaq

    Türkiyə klubunun 5 futbolçusu Azərbaycan millisinə dəvət olunub

    Futbolçular oktyabrın 14-də millinin düşərgəsinə qoşulacaq

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Türkiyənin "Altınordu" klubunun 5 futbolçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət edilib.

    "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçularla bağlı qərarı İzmirdə təlim-məşq toplanışı zamanı yığmanın baş məşqçisi Vüqar Məmməd verib.

    Daha öncə qapıçı Muhammet Can Tunceri yığmaya dəvət edən V.Məmməd bu dəfə Onur Taha Takır, Şahan Akyüz, Egehan Gök və Mutlu Aksu Doğanı heyətdə görmək istəyib. "Altınordu" klubunun prezidenti Seyit Mehmet Özkan adı çəkilən 5 oyunçunun Azərbaycan milli komandasının formasını geyinməsinə icazə verib.

    Qeyd edək ki, həmin futbolçular yığmanın 14-21 oktyabrda Serbiyanın paytaxtı Belqradda keçirəcəyi təlim-məşq toplanışına qatılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi