Türkiyə klubu İran yığmasının futbolçusunu heyətinə qatıb

Türkiyə klubu İran yığmasının futbolçusunu heyətinə qatıb Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyənin Trabzonspor klubu İran milli komandasının futbolçusu Vahid Amirini heyətinə qatıb.
Futbol
21 İyul , 2018 17:56
Türkiyə klubu İran yığmasının futbolçusunu heyətinə qatıb

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu İran milli komandasının futbolçusu Vahid Amirini heyətinə qatıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. "Trabzonspor" iranlı oyunçunu azad agent kimi transfer edib. 

Qeyd edək ki, Vahid Amiri 2016-cı ildən İranın "Persepolis" klubunda çıxış edib. O, İran millisinin heyətində Rusiyada keçirilən dünya çempionatında da oynayıb. 

Son xəbərlər

Orphus sistemi