Türkiyə klubları Heydər Əliyev kubokunda iştirak edə bilərlər

Türkiyə klubları Heydər Əliyev kubokunda iştirak edə bilərlər Ramin Musayev: "Yarışda Türkiyə klublarının U-23 komandalarının da iştirakı mümkündür"
Futbol
5 May , 2017 12:33
Türkiyə klubları Heydər Əliyev kubokunda iştirak edə bilərlər

Naxçıvan. 5 may. REPORT.AZ/ Türkiyə klubları da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turnirində iştirak edə bilər.

"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.

Naxçıvan Muxtar Respublikasında baş tutan kubokun təqdimatı mərasiminə qatılan təşkilatçı qurumun rəhbəri iştirakçıların mayın 20-dək dəqiqləşəcəyini söyləyib: "Hələlik ad açıqlamaq istəmirəm. Yarışda Türkiyə klublarının U-23 komandalarının da iştirakı mümkündür. Həmçinin yerli komandalardan MOİK, "Şəmkir", "Turan" və "Zaqatala" turnirə gəlmək üçün müraciət ediblər".

Qeyd edək ki, mayın 26-da start götürəcək turnirdə 6-8 komandanın iştirakı nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi