Türkiyə futbolunda aşağı liqalarla bağlı qərar verildi

Türkiyə futbolunda aşağı liqalarla bağlı qərar verildi Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir və aşağı liqaların təmsilçiləri ilə toplantı keçirib.
Futbol
2 May , 2020 18:05
Türkiyə futbolunda aşağı liqalarla bağlı qərar verildi

Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir və aşağı liqaların təmsilçiləri ilə toplantı keçirib. 

"Report" "Haber7"yə istinadən xəbər verir ki, videokonfrans formatında təşkil olunan iclasda aşağı liqaların taleyi müzakirə olunub. 

TFF 1, 2 və 3-cü liqaların oyunlarının iyunun ikinci həftəsində və azarkeşsiz keçirilməsi qərara alınıb. 

Qeyd edək ki, koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Türkiyə Super Liqasının iyunun 10-da bərpası nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi