Yuxarı

​"Türk Hava Yolları" AVRO-2016-nın sponsoru olub

UEFA ilə rəsmi müqavilə imzalanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Türkiyənin "Türk Hava Yolları" şirkəti Fransada keçiriləcək AVRO-2016-nın sponsoru olub. "Report"un məlumatına görə, artıq UEFA ilə sponsorluq müqaviləsi imzalanıb.

Şirkətin İcraiyyə Komitəsinin sədri İlker Aycı açıqlamasında bir çox klub və qurumlardan da sponsorluq təklifləri aldıqlarını bildirib. O, açılış oyununun Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin də söylədiyi kimi ev sahibi Fransaya qarşı keçirilməsini istədiklərini deyib: "Seçmə qrup mərhələsinin bitməsinə 2 oyun qalmış UEFA ilə sponsorluq müqaviləsi imzaladıq. O vaxt hələ Türkiyə millisi final mərhələsinə vəsiqəni təmin etməmişdi".

İ.Aycı deyib ki, şirkətə məxsus təyyarələr çempionat ərzində Türkiyə milli komandasının da ixtiyarına veriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi