Yuxarı

Turində üzərində silah olan 54 "Ayaks" azarkeşi tutulub

​Turində üzərində silah olan 54 "Ayaks" azarkeşi tutulub

İtaliyanın Turin şəhərində Hollandiyanın "Ayaks" klubunun 54 azarkeşi saxlanılıb.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, onların üzərində silah olub.

Məlumata görə, fanatların şəhər kənarında saxlanılan avtobuslarında zirehli əlcəklər, dəyənəklər, müxtəlif fişənglər və tüstü şaşkaları aşkar edilib.

Aprelin 16-da Çempionlar Liqasının ¼ finalının Turində yerli "Yuventus"a qarşı keçiriləcək cavab oyununda (İlk oyun - 1:1) komandalarını dəstəkləməyə gələn fanatlar ölkələrinə deportasiya ediləcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi