"Neftçi"nin futbolçusu: "Karyeramda ilk dəfə bir oyunda iki qol ötürməsi verdim" - MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu: "Karyeramda ilk dəfə bir oyunda iki qol ötürməsi verdim" - MÜSAHİBƏ Bakı. 14 avqust. REPORT.AZ/ Neftçi klubunun futbolçusu Tural Axundov klubun rəsmi saytına müsahibə verib.
Futbol
14 Avqust , 2018 19:02
Neftçinin futbolçusu: Karyeramda ilk dəfə bir oyunda iki qol ötürməsi verdim - MÜSAHİBƏ

Bakı. 14 avqust. REPORT.AZ/ "Neftçi" klubunun futbolçusu Tural Axundov klubun rəsmi saytına müsahibə verib. 

"Report" həmin müsahibəni təqdim edir: 

- "Sumqayıt”la oyundan sonra iki gün istirahət etdiniz. Artıq növbəti matça hazırlaşırsınız. Əvvəlcə şənbə günü keçirilmiş görüşlə bağlı nə deyə bilərsiniz?

- Oyun bizim üçün çətin alınsa da, əsas qələbə qazanmaq idi. Şadam ki, buna nail olduq.

- Düzdür, üç xal qazanılsa da, amma komandanın göstərdiyi oyun heç də birmənalı təsir bağışlamadı...

- Razıyam. Bunu həm futbolçular, həm də məşqçi deyir. Fikrimcə, səbəb psixoloji vəziyyətimizlə bağlı deyil. Ola bilsin ki, kimdəsə start həyəcanı oldu. Yenə deyirəm, əsas odur ki, məqsədimizə çatıb 3 xalı əldə etdik. Oyunumuzu getdikcə yaxşılaşdıracağıq.

- İki fərqli mövqedə çıxış etdiniz. Matça müdafiənin sağ cinahında başlasanız da, sonradan dayaq yarımmüdafiəçi zonasına göndərildiniz. Hansı mövqe sizin üçün daha rahatdır?

- Təbii ki, cinahda oynamaq daha rahatdır. Amma müasir futbolda hər bir futbolçu istənilən mövqedə oynamağa hazır olmalıdır. Zəmanə bunu tələb edir.

- Hesabınıza iki məhsuldar ötürmə yazdırdınız...

- Bəli, karyeramda ilk dəfə bir oyunda iki qol ötürməsi verdim. Əla bir hissdir. Hər futbolçu qol vurmaq istəsə də, həlledici ötürməni verməyin xüsusi bir ləzzəti var.

- "Qəbələ”yə qarşı oyun barədə nə deyə bilərsiniz?

- Meydana qələbə üçün çıxacağıq. Azərbaycan Premyer Liqasında ilk ev oyunumuz olacaq. Düzdür, görüşün "Bakcell Arena”da yox, Mərdəkanda – "Dalğa Arena”da keçiriləcəyi, bəlkə də, azarkeşlərin sayına mənfi təsir edəcək. Bununla belə, inanıram ki, azarkeşlərimiz bizi həmişəki kimi dəstəkləyəcək. Biz onlara, onlar isə bizə inanmalıdır.

Son xəbərlər

Orphus sistemi