Yuxarı

"Sabah" klubu Moldova millisinin futbolçusunu transfer edib

Transfer çalışmalarını davam etdirən ​“Sabah” klubu heyətini yeni futb

Transfer çalışmalarını davam etdirən “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçukla 1,5 illik müqavilə imzalanıb. 

26 yaşlı futbolçu karyerası ərzində “Daçia” (Moldova) və “Jilina” (Slovakiya) klublarının uğurları üçün çalışıb. Onun son komandası “Səbail” olub.

Qeyd edək ki, Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisində 19 oyun keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi