"Trabzonspor"un prezidenti: "CAS-ın UEFA-nın qərarını ləğv edəcəyinə inanırıq"

"Trabzonspor"un prezidenti: "CAS-ın UEFA-nın qərarını ləğv edəcəyinə inanırıq" Ötən mövsüm də buna bənzər sıxıntı yaşadıq. Amma mübarizə aparıb Avropa Liqasına qatılmaq hüququ qazandıq.
Futbol
4 İyun , 2020 13:34
Trabzonsporun prezidenti: CAS-ın UEFA-nın qərarını ləğv edəcəyinə inanırıq

"Ötən mövsüm də buna bənzər sıxıntı yaşadıq. Amma mübarizə aparıb Avropa Liqasına qatılmaq hüququ qazandıq".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyənin "Trabzonspor" klubunun prezidenti Ahmet Ağaoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

UEFA-nın Qara dəniz təmsilçisini 1 il müddətinə avrokuboklardan kənarlaşdırma qərarına münasibət bildirən funksioner İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etdiklərini söyləyib. Ağaoğlu CAS-ın qitə futbol qurumunun qərarını ləğv edəcəyinə inamını vurğulayıb: "Harada səhv etdiyimizə dair açıqlama verməyəcəyəm. Amma vəziyyət UEFA-da düzgün qiymətləndirilməyib. Qərarın CAS-dan geriyə qayıdacağına inanıram".

"Trabzonspor"un prezidenti Türkiyə Futbol Federasiyasının da bu məsələdə klubu dəstəklədiyini diqqətə çatdırıb: "Qərarı UEFA-ya bağlı müstəqil qurum verdiyi üçün onlara etiraz etməyin mənası yoxdur. Hər şey nəzarət altındadır. Azarkeşlərimizi sakit olmağa çağırıram. Çempion olmaq komandamızın, onları Çempionlar Liqasına aparmaq isə bizim vəzifəmizdir".

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, "Trabzonspor" maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün 2020/2021 və ya 2021/2022 mövsümlərindən birində avrokuboklarda iştirak edə bilməyəcək.

Son xəbərlər

Orphus sistemi