Yuxarı

"Qarabağ" klubu Bədavi Hüseynovla maraqlanan "Trabzonspor"dan 1 milyon avro istəyib

Hazırda iki klub arasında danışıqlar gedir

Bakı. 10 iyun. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovu transfer siyahısına daxil edib. "Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, bu məqsədlə Ağdam klubunun rəhbərliyi ilə danışıqlara başlanılıb.

Lakin "Qarabağ" B.Hüseynova 1 milyon avro qiymət qoyub. Hazırda iki klub arasında danışıqlar gedir.

Qeyd edək ki, Bədavi Hüseynov hazırda Azərbaycan milli komandasının düşərgəsində iyunun 12-də Norveçlə Osloda keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına hazırlaşır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi