Yuxarı

"Trabzonspor" komandası "Avnı Aker" stadionunda son oyununu keçirib

"Trabzonspor" komandası "Avnı Aker" stadionunda son oyununu keçirib
Ramil Şeydayevin oynamadığı matçda qələbə meydan sahiblərinə kömək etməyib

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu Avnı Aker" stadionunda son oyununu keçirib. "Report"un məlumatına görə, ölkə kubokunda qrup mərhələsinin son turuna təsadüf edən matçda rəqib "Konyaspor" olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 39-cu dəqiqədə Dame NDoye vurub. Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev oyunun iştirak ərizəsində olmayıb.

Qələbəyə baxmayaraq, "Trabzonspor" 1/8 finala yüksələ bilməyib. Buna komandanın H qrupunda 9 xalla 3-cü yeri tutması səbəb olub. Qrupdan 1/8 finala "Şanlıurfaspor" və "Osmanlıspor" klubları yüksəlib.

Qeyd edək ki, "Trabzonspor" yanvarın 29-da "Qaziantepspor"la Super Liqa matçından etibarən növbəti ev oyunlarını "Şenol Güneş" stadionunda keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi