Yuxarı

"Trabzonspor" klubu "Beşiktaş"ın futbolçusunu transfer edib

"Trabzonspor" klubu "Beşiktaş"ın futbolçusunu transfer edib
Türkiyə yığmasının yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu heyətini "Beşiktaş"ın futbolçusu ilə gücləndirib. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, Qaradəniz təmsilçisi Olcay Şahanla 3.5 illik müqavilə imzalayıb.

30 yaşlı yarımmüdafiəçi bu müddət üçün yeni klubundan 5 milyon 950 min avro qazanacaq. Müqaviləyə xitam verildiyi üçün isə "Beşiktaş"a 200 min avro ödəniləcək. Müqaviləyə əsasən, futbolçu cari mövsüm 850 min avro, növbəti mövsümlərin hər birində isə 1 milyon 700 min avro qazanacaq.

Qeyd edək ki, Olcay Şahan 2012-ci ildən "Beşiktaş"da çıxış edirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi