"Trabzonspor" azarkeşini cəzalandıraraq stadionun 10 min oturacağını ona yuduzdurub

"Trabzonspor" azarkeşini cəzalandıraraq stadionun 10 min oturacağını ona yuduzdurub Hadisə fanatın ayaqqabı ilə oturacağın üzərinə çıxmasından sonra baş verib
Futbol
18 Mart , 2017 03:13
Trabzonspor azarkeşini cəzalandıraraq stadionun 10 min oturacağını ona yuduzdurub

Bakı. 18 mart. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubunun rəhbərliyi stadionda vandalizm probleminin həllinə fərqli yanaşıb.

"Report" xəbər verir ki, klub azarkeşlərdən birini qayda-qanunu pozduğuna görə cəzalandırıb.

Türk fanat "Trabzonspor"un oyunu zamanı ayaqqabı ilə oturacaqlardan birinin üzərinə çıxıb və şəkil çəkdirərək sosial şəbəkəyə yerləşdirib. Komandanın mətbuat xidməti azarkeşi tapıb və onu "Medikal Park Arena"da 10 min oturacağı yumağa vadar edib.

Son xəbərlər

Orphus sistemi