"Tottenhem" və "Real Madrid" Qaret Beyllə bağlı danışıqlara başlayıb

"Tottenhem" və "Real Madrid" Qaret Beyllə bağlı danışıqlara başlayıb İngiltərə Tottenhemi İspaniya Real Madridinin futbolçusu Qaret Beyli almağı nəzərdən keçirir.
Futbol
22 Yanvar , 2020 17:59
Tottenhem və Real Madrid Qaret Beyllə bağlı danışıqlara başlayıb

İngiltərə "Tottenhem"i İspaniya "Real Madrid"inin futbolçusu Qaret Beyli almağı nəzərdən keçirir.

"Report"un "El Chiringuito TV"yə istinadən verdiyi məlumata görə, paytaxt təmsilçilərinin prezidentləri oyunçunun potensial keçidini müzakirə etmək üçün Madriddə bir araya gəliblər.

Mümkün variantlar kimi icarə sözləşməsi və ya mövsümün sonunda transfer göstərilir. Lakin "Tottenhem" sabiq hücumçusuna 30 milyon avrodan artıq pul ödəmək niyyətində deyil.

Uels millisinin hücumçusu ilə "Mançester Yunayted"in maraqlandığı bildirilir.

Qeyd edək ki, bu mövsüm Qaret Beyl İspaniya La Liqasında 12 oyuna 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Hazırda "Real Madrid" 20 matçdan 43 xalla 2-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi