"Tottenhem" - "Qarabağ" oyunu isveçrəli hakimlərə tapşırılıb

"Tottenhem" - "Qarabağ" oyunu isveçrəli hakimlərə tapşırılıb Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start götürəcək
Futbol
14 Sentyabr , 2015 15:42
Tottenhem - Qarabağ oyunu isveçrəli hakimlərə tapşırılıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsində İngiltərə Tottenhemi və "Qarabağ" arasında keçiriləcək matçın bütün təyinatları açıqlanıb. "Report"un məlumatına görə, Londonda baş tutacaq görüşün idarə olunması İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Adryen Jakkotte olacaq. Ona Raffael Zeder və Vital Jobin yan xətt hakimləri, Alayn Byeri və Nikolay Hanni əlavə köməkçi hakimlər qismində yardım edəcəklər. Dördüncü hakim funksiyasını Yohannes Fogel yerinə yetirəcək. Hakim-inspektor isveçli Peter Fröydfeldt, UEFA nümayəndəsi isə ispaniyalı Borja Santana olacaq.

Qeyd edək ki, sentyabrın 17-də Londonda yerləşən "White Hart Lane" stadionunda keçiriləcək "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtilə saat 00:05-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi